Bu sahədə müsəlmanların xüsusi rolu

Qanunlar insan cəmiyyətlərində çox qədim dövrlərdən mövcuddur. Hər bir millətin, regionun, insan cəmiyyətinin bu sahədə müəyyən rolu, xidmətləri olmuşdur. Müsəlmanların bu sahənin inkişafındakı xidmətləri də bilinməsi zəruri olan önəmli məqamlardan biridir.

Hüquq Elmi

Keçmişdəkilərin hər birinin xüsusi qanunları vardı. Ancaq qanunlardan, qanun külliyatlarından ayrı və real bir hüquq elmini əş-Şafidən (H.150-124/M.767-820) (Onun "Kitabur-Rəy"in (Hüquqi fikir kitabı) müəllifi Əbu Hənifə və onun tələbələri olan, hər biri "Fiqh Usulu" (qanunun kökləri (qaynaqları) haqqında) kitabı yazan Əbu Yusif və Şeybani kimi bir çox sələfi olub. Təəssüf ki,

bu əsərlərdən heç biri dövrümüzə gəlib çatmadığı üçün onların ehtiva etdiyi məsələlərlə bağlı fikir söyləyə bilmirik) öncə heç kimin düşünmədiyi görünür. Onun yazdığı "Risalə"də bu elmə müxtəlif və zəngin mənası olan "Qanunların kökləri (qaynaqları)" (Fiqh üsulu) adı verilib. İnsani davranış qaydalarının bütün "budaqları", formaları bu köklərdən, qaynaqlardan boy atıb. Həmin dövrdən başlayaraq müsəlmanlar tərəfindən "Fiqh üsulu" adlandırılan bu elm həm hüquq fəlsəfəsindən, qanunvericiliyin qayda və prinsiplərindən, həm də hüquqi mətnlərin, qərarların həyata keçirilməsindən bəhs edir. Ona görə də, məhz qanunlar, qaydalar bu ağacın budaqları (füru) sayılır. Bu terminlərin seçilməsində Qurandan istifadə olunduğu görünür: "Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər" (İbrahim, 14/24-25).

Səbəb və niyyət

İslam tərəfindən hüququn əsas anlayışları sırasına gətirilmiş yeniliklər arasında istənilən bir hərəkətdə ilk növbədə səbəb və niyyətin əsas götürülməsi prinsipini göstərməliyik. Bu prinsip (İslam Peyğəmbəri, vəfatı M.632) Hz.Muhəmmədin hər kəsin bildiyi bir hədisinə əsaslanır: "Əməllər niyyətə görədir". Bu isə o deməkdir ki, məqsədli şəkildə edilmiş haqsızlıqla istənilmədən edilən haqsızlıq məhkəmələr tərəfindən eyni şəkildə qiymətləndirilmir.

Qaynaq