Qaynaq
Quranın təhrif olunması mövzusu yalnız şiə firqəsinin iddiası deyildir. Eləcə də təhrif olunması da məhz vahabi firqəsinə məxsus deyildir. Şiə alimləri arasında Quranın təhrif olunduğunu söyləyən hədisçilərə rast gəlmək mümkündür. Əlbəttə onlar təhrifi vahabilərin nəzərdə tutduqları mənada deyil, başqa cür mənalandırmışlar.

Sünnü alimləri içində də Quranın təhrif olunmasına inanan şəxslər vardır. Daha çox məlumat almaq üçün bu mövzuda yazılmış kitablara müraciət etmək olar.[1]

Sünnə əhlinin bir neçə hədisçisinin əqidəsinə əsasən Quranın təhrif olunduğuna inanmalarını demək düzgün olmadığı kimi, bəzi şiə hədisçilərinin bu nəzərini bütün şiə alim, fəqih və hədisçilərinə şamil etmək heç də məqsədəuyğun deyildir.

Əhl sünnənin əksər etibarlı kitablarında (“Səhih Muslim”, 5-ci cild, səh.116, “Musnəd Əhməd”, 1-ci cild, səh. 47, “Səhih Buxari”, 4-cü cild, səh. 11 və 8-ci cild, səh. 208, eləcə də “Kənzul ummal” kitabının seçilmiş əsərləri 3-cü cild, səh 43-dəki kimi) Quranın təhrif olunması haqqında hədislər mövcuddur. Belə hədislərin yazıldığı bütün kitabların üzərindən qırmızı xətt çəkməyin ağılasığmaz bir iş olduğu kimi, Quranın təhrif olunduğunu söyləyən şiənin böyük şəxsiyyətlərinin bütün əsərləri və kitablarından da üz çevirmək düzgün deyildir. Məsələn, Mühəddis Nurinin - Quranın təhrif olunduğunu isbat edən “Fəslul xitab” kitabını yazdığına görə - onun “Müstədrək” kitabına laqeydlik göstərmək olmaz.

Mühəddis Nuri və onun kimilərin təhrif barəsində fikirləri ilə vahabilərin nəzərdə tutduqları məna tam başqadır.

Beləliklə, bəzi şiə və sünnü alimləri Quranın təhrif olunduğunu düşünürlər. Bu zəmində önəmli addımlar vahabiçilik firqəsinin istismarını və onların Şiə və Sünnü müsəlmanları içində yaratdığı münaqişələri aradan qaldırmaqdır.

Şiələr Quranın təhrif olunmasını şiddətlə inkar edirlər. Onlar Quranı bizim etiqadlarımızı və rəvayətçilərin doğru, yaxud yalan olduğunu müəyyənləşdirən, İslam sistemini istiqamətləndirən bir kitab kimi qəbul edirlər. Bundan əlavə, əgər təhrif olunmuşdursa, dinin həqiqi mühafizəçiləri olan Məsum İmamlar (ə) bizə xəbərdarlıq edərdilər. Şiənin Quranın təhrif olunması haqqında dəlilləri ilə sünnü alimlərinin əks fikirlərini nəzərə alaraq demək lazımdır ki, Quranın təhrif olunması keçmiş üç xəlifənin öhdəsinə düşür. Çünki, Quran onların dövründə tədvin olunmuş, Əli (ə) də onların tənzim etdikləri Qurana uyğun əməl edərmiş.

Şiənin Quranın təhrif olunmaması haqqında dəlillərindən biri Mövla Əlinin (ə) bu kəlamıdır:

"وَاعْلَموا أَنَّ هذا القرآن هُوَ النَّاصِحُ الَّذِي لا يَغُشُّ والهادِي الَّذِي لا يُضِلُّ وَالمُحَدِّثُ لا يَكذِبُ..."[2]

“Bilin ki, şübhəsiz Quran, öyüdündə aldatmayan, yol göstərməkdə insanları azdırmayan, söylənişdə yalan söyləməyən bir nəsihət verəndir”.

Bu hədis Quranın toxunulmazlığını göstərir. Çünki, Quran təhrif olunmadığı halda yaxşı yol göstərici və sadiq nəsihətçi ola bilər.

Məsum İmamlardan nəql olunmuş digər çoxlu rəvayətlər və dəlillər dediklərimizi təsdiqləyir.