Ahısqa türkləri (türkcə: Ahıska türkleri, ingiliscə: Meskhetian Turks və ya Ahiska Turks, gürcücə: თურქი მესხები və ya მაჰმადიანი მესხები) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə kompakt halda yaşayan, türk xalqlarından biri. Çox zaman onları Məhsəti türkləri də adlandırırlar. Dilləri türk dilinə çox yaxındır.

Tarixi

Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Ahısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, ahısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur.
31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə 90 000 Ahısqa türkü məcburi şəildə Gürcüstandan Qazaxıstan, Özbəkistan və Qırğızıstanın çöllərinə köçürülmüşdür.

Osmanlı tərkibində mövcud olan Ahısqa bölgəsinin ve eyni zamanda ahısqalıların tarix boyu yaşadıqları yer :

Ahıska Türklärinin Alfaviti

Aa Ää Bb Cc Çç Dd Ee Ff Gg Ğğ
Hh Xx İi Iı Jj Kk Ll Mm Nn Oo Öö
Pp Qq Rr Ss Şş Tt Uu Üü Vv Yy Zz