Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir.
Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır.
Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq — regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib.

Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur.

Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır.

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.
kayzen.az