๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » ๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑ » Arena » Şahmat öyrənmək istəyənlər üçün


Şahmat öyrənmək istəyənlər üçün

Сообщений 1 страница 2 из 2

1

Şahmat fiqurlarının gücü və hərəkəti Şahmat oyununda 6 müxtəlif fiqur var Şah,vəzir, top, At, fil, piyada.
Şah-oyunun ən qiymətli fiqurudur. Şah ancaq bir xanadan qonşu olan digər xanalara sıçraya bilər. Xanalar
üzrə bir-bir hərəkət edə bilir.
Vəzir-təxminən 8 piyada gücündə olan fiqurdu. Dioqanal üzrə və üfüqi şaquli olaraq hərəkət edə bilir. Vəzir
istənilən məsafəyə gedə bilir ancaq qarşıda fiqur olduqda onun üstündən tullana bilmir.
Top-5 piyada gücündədir. Vəzir kimi istənilən məsafəyə qədər gedə bilir və digər fiqurların üstündən tullana
bilmir. Vəzirdən fərqli olaraq top dioqanal üzrə hərəkət etmir ancaq üfüqi və şaquli olaraq hərəkət edir.
Fil-3 piyada gücündədir. Fil oyunda dioqanal üzrə hərəkət edə bilir. Vəzir və topda olduğu kimi uzaq məsafəyə
gedir və qarşıda fiqur olduqda üstündən tullana bilmir. Oyunda bir tərəfin 2 fili olur ki, bu fillər də biri ağ xanalar
üzrə dioqanal digəri isə qara xanalar üzrə dioqanal hərəkət edir.
At-3 piyadaya bərabərdir. At digər fiqurlardan fərqlidir çünki yeganə fiqurdu ki, digər fiqurların üzərindən tullana
bilir. Atın hərəkəti (г) hərifinə bənzəyir. At dayandığı xanadan iki xana qabağa və bir sağ və ya sol xanaya gedə
bilir. Eyni zamanda iki xana geri bir sağ və sol xanaya gedə bilir. Həmçinin dayandığı xanadan iki sağ ya sol bir
aşağı ya yuxarı hərəkət edir. Məsələn B1 xanasında olan At A3,C3, D2 xanalarına gedir.
Piyada-oyunda ən qabaqda olan hücuma atılan fiqurdur. Piyada düz hərəkət edir. ilk gedişdə iki xana sonrakı
gedişdə isə bir xana gedə bilir. Digər fiqurlardan fərqli olaraq geri gedə bilmir və çəp vura bilir. Piyada irəliyə gedib
sonuncu xanaya çatanda istənilən fiqura çevrilə bilər.

0

2

Facebookda Şahmat Klubu FAN səhifəmiz:
http://www.facebook.com/pages/Şahm … 06?sk=wall

http://www.facebook.com/pages/Şahm … 1368996206

0


Вы здесь » ๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑ » Arena » Şahmat öyrənmək istəyənlər üçün