Əbul-Abbas Abdullah İbni Abbas İbni Abdulmuttalib (radiyallahu anhumədən) nəql edildiyinə görə, Rəsulullah (səllallahu əleyhi və səlləm) Allah Təaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: Allah Təala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis olmasını belə açıqladı:
«Kim bir yaxşılıq etmək istəyər edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edər. Əgər bir kimsə yaxşılıq etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istəyər imtina edərsə, Cənabı Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeydə alar.Əgər insan bir pislik etmək istəyər sonra da onu edərsə, Cənabı Haqq o pisliyi yalnız bir günah olaraq yazar.» (Buxari, Rikak 31; Müslim, İman 207, 259. Əlavə bax. Buxari, Tövhid 35; Tirmizi, Təfsiri surə (6),10)
--