๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » ๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑ » Yumor » Kovboylar haqqında lətifələr


Kovboylar haqqında lətifələr

Сообщений 1 страница 5 из 5

1

Kovboy əlində tapança gedir.
— İki kərə iki neçə edir?
— Bilmirəm.
— Part! Axmaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Nəyinə gərək?
— Part! Kobudları sevmirəm!
— İki kərə iki neçə edir?
— Neçə lazımdır?
— Part! Yaltaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Part! Hər şeylə maraqlananları sevmirəm!

Texasda opera premyerası.
— Ata, müğənni oxuyanda niyə yellənir?
— Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!
Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
— Özünüzü qoruyun – deyir və ölür.
Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
— Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
— Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
— Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
— İndi özünüzü qoruyun, Ağ Bill gəlir.

Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
— Həkim nə dedi?
— Dedi ki, öləcəksən!
Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
— Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.
Həkim deyir:
— Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır...
İki kovboy rastlaşır.
— İşlər necədi?
— Pis. Arvadım ayağını sındırıb.
— Axırı necə olacaq?
— Güllələməli oldum....

-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».

Qoca kovboy gənc kovboyu həkimə göstərir:
— Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
— Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
— Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.

Kovboy bara girib 15 butulka pivə sifariş verir:
— Atım içmək istəyir!
At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
— Bəs özünüz içmirsiniz?
— Nə danışırsız? Mən sükan arxasındayam!

Vəhşi Qərbdə.
— Ay yetim, al bu konfeti.
— Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
Kovboy tapançanı çıxarıb kişini vurur.
— Ay yetim, al bu konfeti .
Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:
— Nə arzun varsa de, yerinə yetirim.
— Evə getmək istəyirəm.
Cin onun əlindən tutub dartır:
-Getdik!
Kovboy acıqlanır:
— Mən evə tez çatmaq istəyirəm!
— Onda qaçdıq...

Mənbə: Gülnarə Rəfiqin tərcümələri

0

2

Zuhur написал(а):

-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».

Ən maraqlısıdı ))))))))

0

3

Zuhur написал(а):

Kovboy bara girib 15 butulka pivə sifariş verir:— Atım içmək istəyir!At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:— Bəs özünüz içmirsiniz?— Nə danışırsız? Mən sükan arxasındayam!

:rofl:

0

4

interesting :)) thanx

0

5

Not at all...   :rain:
Click http://muslim.userforum.ru/search.php?action=show_new
to see new messages...

0


Вы здесь » ๑۩۞۩๑ Muslim Userforum ๑۩۞۩๑ » Yumor » Kovboylar haqqında lətifələr