1) Sarışın qız avtobusda gedir və radioyaya qulaq asır.
Radio:
-Siz 101 FM ə qulaq asırsınız!
Sarışın qız:
— Aaa, bunlar haradan bildilər ki,mən 101 FM ə qulaq asıram?!
2) Ər öz arvadını gözəllik salonun qarşısında gözləyir. Arvadı salondan çıxanda, əri ona baxıb, sakit səslə:
— Vecinə də alma, əsas odur ki, cəhd elədin...
3)Qadınlar ağıllıdır
Qadının biri bir gün meşədə gəzərkən tələyə düşmüş bir qurbağa görər.
Qurbağa ona, «Məni bu tələdən qurtarsan, sənə 3 dilək haqqı verəcəyəm». deyir.
Qadın onu xilas edir və qurbağa da:
— «Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən, diləyinin 10 qat yaxşısına və çoxuna ərin də sahib olacaq!»
Qadın: «Yaxşı» deyir.
İlk dilək olaraq;
— «Dünyanın ən gözəl qadını olmaq istəyirəm.» deyir.
Qurbağa onu xəbərdar edərək:
— «Bu dilək, sənin ərini də dünyanın ən yaraşıqlı adamı edəcək və qadınlar onun başına yığışacaq.» — deyir
Qadın:
— «Bu əhəmiyyətli deyil, çünki mən ən gözəl qadın olacağım üçün, onun gözü məndən başqasını görməyəcək».
Və ilk dilək reallaşır. Qadın dünyadakı ən gözəl qadın olur.
İkinci dilək olaraq;
— «Dünyadakı ən zəngin qadın olmaq istəyirəm.» deyir
Qurbağada yenə xəbərdar edərək:
— «Bu ərini dünyadakı ən zəngin adam edəcək, səndən də 10 qat zəngin olacaq» deyir.
Qadın: «Bu da əhəmiyyətli deyil, çünki mənim olan onun, onun olan da mənimdir» deyir.
Dilək reallaşmış və dünyanın ən zəngin qadını olmuş.
Qurbağa, qadına üçüncü diləyini soruşduğunda, qadın son diləyini söyləmiş:
— «Yüngül bir infarkt ke çirmək istəyirəm» deyir…
Bu hekayədən çıxarılacaq dərs: Qadınlar ağıllıdır. Onlara dəyib dolaşmayın!))))
Istinad: kayzen.az