Şəriət hökmlərinin növləri
Vacib: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olur. Bura namaz, oruc və s. kimi əməllər daxildir.
Haram: Bunu tərk edən savab qazanır, əməl edən isə əzaba düçar olur. Bura zina, oğurluq və s. kimi əməllər daxildir.
Müstəhəb: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olmur. Bura Aşura gününün orucu və s. kimi əməllər daxildir.
Məkruh: Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Bura məscidə sol ayaqla daxil olmaq və s. kimi əməllər daxildir.
Mübah: Buna əməl edən və ya onu tərk edən nə savab qazanır, nə də ki əzaba düçar olur