Fiqh kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir.
İstilahi (şəriət baxımından) mənası: Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm.
Mövzusu: Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir.
Səmərəsi: Bu elm hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, bununla da dünya və axirətdə səadətə qovuşmağa kömək edir. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun! - səlləllahu əleyhi və səlləm - s.ə.v.) demişdir: В«Uca Allah xeyir istədiyi bəndəsini dində fəqih(Quran və hədislərə əsaslanaraq bir çox şəriət hökmlərindən anlayışı olan şəxs.) edirВ» (Müslim, 4933-cü hədis).
Hökmü: Bu elmə yiyələnmək fardu-l-kifayədir (Fardu-l-kifayə: bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir.) Uca Allah buyurur:
В«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmamalıdır. Barı hər tayfadan bir dəstə [dini elmləri öyrənmək, sonra da din qardaşlarına öyrətmək üçün] qalsınlar ki, camaatı [döyüşdən] qayıtdığı zaman onları [Allahın əzabı ilə] qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!В» (ət-Tövbə, 122).