İSLAMI SEÇƏN İLK QADIN ƏSHABƏ: Hz. XƏDİCƏ (R.Ə.)
Sevimli Peyğəmbərimiz Hz. Məhəmməd (səv)in ilk xanımı olan Hz. Xədicə (r.ə), eyni zamanda ilk Müsəlman olan qadın olaraq, üstün əxlaqı və imanıyla hər zaman möminlərə nümunə olmuşdur. Qiymətli anamız ağlı, fərasəti, bəsirəti və hikməti ilə Quran əxlaqının yayılmasında böyük bir səy göstərmiş, Peyğəmbər Əfəndimiz (səv)in ən böyük dəstəkçilərindən biri; təvəkkülü, cəsarəti, fədakarlığı ilə də bütün Müsəlmanlara nümunə olmuşdur. Uca Allahın, Quranda “... Doğrusu, Biz onlara Zikr gətirdik, ...”(Mu'minun Surəsi, 71) ayəsiylə bildirdiyi kimi, insanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıracaq olan tək dəyər onun imanıdır. İnsanın şəxsiyyətini, xarakterini sağlamlaştıran, əxlaqını gözəlləşdirən, hərəkətlərini təsir edici edən əsas olaraq o adamın imanı, Allah qorxusu və təqvasıdır. Allahın icazəsiylə bu səmimi imanı yaşayan möminlərdən biri olan Hz. Xədicə (r.ə) də hörmət ediləcək, şərəfli və təmkinli bir xarakterə malikdir.
Peyğəmbərimiz (səv), özünə vəhy gəldiyini ilk olaraq Hz. Xədicə (r.ə)ə söyləmiş; o da ağlı, bəsirəti, Peyğəmbər Əfəndimiz (səv)ə olan tərəddüdsüz itaəti və etibarı ilə, onun Allah tərəfindən seçilmiş olduğunu anlamış və dərhal iman etmişdir. Uca Allaha və Peyğəmbərimiz Hz. Məhəmməd (səv)ə olan dərin hörmət və sevgisi ilə Peyğəmbərimiz (səv)ə hər zaman dəstək olmuşdur. Allah Peyğəmbərimiz (səv)ə, elçiyə hörmətin və onu müdafiə edib dəstəkləmənin əhəmiyyətinə bağlı olaraq belə vəhy etmişdir:
“ Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən (elçi) kimi göndərmişik.(Biz belə etdik) ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz.” (Fəth Surəsi, 8-9)
Ərəblərin öndə gələn qövmü olan Qureyş qövmündən olan və ailəsi də Peyğəmbərimiz (səv) ilə eyni soydan gələn Hz. Xədicə (rə), yaşadığı Ərəb cəmiyyətinin cahiliyyə əxlaqını əks etdirən qaydaları içərisində bir çox çətin imtahanla qarşı-qarşıya qaldığı halda, çox güclü və dözümlü bir xarakter göstərmişdir. İslam əxlaqının, Allaha könüldən iman etmənin, dərin bir təvəkkül və təslimiyyətin özünə verdiyi güc ilə qarşılaşdığı bütün çətinliklərə baxmayaraq qürurunu və təmkinini qorumuş, bu xüsusiyyətləriylə insanlar arasında seçilmişdir. Hz. Xədicə (rə) anamızın şəxsiyyətində və şərəfli həyatında iman edən bütün qadınlar üçün gözəl nümunələr vardır.
Hz. Xədicə (r.ə)in Allaha Olan Təslimiyyəti
Hz. Xədicə (rə) Peyğəmbər Əfəndimiz (səv)ə peyğəmbərlik verildiyində "Sənin Allahın Elçisi olduğuna şahidlik edirəm" demiş və Müsəlmanlığı qəbul etmişdir. Ürəyində heç bir şübhəyə yer vermədən Allaha iman etmiş, imanındakı bu səmimiyyətini həyatının sonuna qədər davam etdirmişdir. Rəvayətlərə görə hicrətdən üç il əvvəl (19 Aprel 620) vəfat edən Hz. Xədicə (rə), İslamın hələ hakimiyyət qazanıb güclənmədiyi bir dövrdə yaşamışdır. O dövrdə şərtlərin çətinliyinə və Məkkəli müşriklərin hər cür əziyyətinə baxmayaraq heç şübhə etmədən Allaha və Peyğəmbərimiz (səv)ə olan təslimiyyəti davam etdirmişdir. Peyğəmbər Əfəndimiz Hz. Məhəmməd (səv)in Uca Allahın son peyğəmbəri olduğuna dair inancını heç itirməyərək nümunə bir mömin olmuşdur. Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən və bağışlayıcılığından əmin, bu təvəkküllü rəftarını həyatının sonuna qədər qorumuşdur.
Hz. Xədicə (r.ə)in Çətinliklər Qarşısındakı Səbri
Hz. Xədicə (r.ə), yer üzündə yalnız üç Müsəlmanın olduğu İslamiyyətin ilk günlərində, Rəsulullah (səv) və Hz. Əli (ə.s) ilə birgə bəzən Kəbə ətrafında, bəzən evində ibadət etmişdir. (Şübhəsiz bu, azğın inanclara sahib bir cəmiyyət içində, ibadətlərin, əziyyət görməmək üçün bəzən böyük bir gizliliklə edildiyi bir dövrdür.) Həmçinin ilk Müsəlmanlar, müşriklərdən çox pis sözlər eşitmişlər və bir çox çətinliyə sinə gərməli olmuşlar. Mövzuyla əlaqədar bir Quran ayəsi belədir:
“… Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. …” (Ali İmran Surəsi, 186)
Hz. Xədicə (rə), müşriklərin zülmü və haqsızlığı qarşısında Rəsulullah (səv)ı heç bir zaman tək buraxmamış; Məkkəli müşriklər Şibü Əbi Talibdə Müsəlmanları mühasirəyə aldıqlarında, özü də Peyğəmbərimiz (səv) ilə birlikdə təxminən üç il boyunca mühasirəyə cəsurluqla və igidliklə səbr etmişdir. Allahın “...Siz Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.” (Ali İmran, 186) hökmü gərəyi, Hz. Xədicə (rə) bu çətinlik anında Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözümlülük göstərmişdir. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından və vədindən əsla dönməyəcəyindən əmin olduğu üçün heç bir zaman ümidsizliyə qapılmamış, Allahın köməyindən əsla şübhəyə düşməmişdir. Gözəl bir səbir və təslimiyyətlə, hər hadisədə bir xeyir olduğuna qəti olaraq inanmışdır.
Hz. Xədicə (rə)ın Canı və Malıyla Allah Yolunda Mübarizə Etməsi
Ticarətlə məşğul olan zəngin bir xanım olan Hz. Xədicə anamız (rə), Müsəlman olduqdan sonra dünyəvi dəyərlərin arxasından getmək yerinə, bunları Allahın razılığını qazanmaq uğrunda sevərək ortaya qoymuş və sərvətini İslam uğrunda xərcləyərək nümunəvi bir əxlaq göstərmişdir. Uca Allahın
“Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” (Tövbə Surəsi, 111)
ayəsinin hökmü ilə, malını və canını Allah yolunda sevərək verməyi gözə almışdır. Çünki ağlı və bəsirəti sayəsində dünya həyatında qazanıla biləcək heç bir mənfəətin, sonsuz axirət nemətləriylə müqayisə edilə bilməyəcəyini görə bilmişdir.
Hz. Xədicə (r.ə)in İffətli, Şərəfli və Əsilzadə Xarakteri
Hz. Xədicə (rə)in iffəti və təmkini İslamiyyəti qəbul etməsindən əvvəlki dövrdə də diqqəti çəkmiş və bu xüsusiyyətlərinə görə o zamanlarda belə "Tahirə" (pak və təmiz qadın) ləqəbiylə adlandırılmışdır. Şübhəsiz Həzrəti Peyğəmbərimiz (səv)in Hz. Xədicə (rə)i özünə yoldaş olaraq seçməsində bu üstün əxlaqının və əsilzadə xarakterinin böyük payı olmuşdur. Uca Allah bir Quran ayəsində
“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.” (Nisa Surəsi, 31)
ayəsiylə, qüruru, Quran əxlaqını yaşamaqda səmimi bir səy göstərən, Özündən lazım olduğu kimi qorxub çəkinən kəslərə verəcəyini bildirmişdir. Hz. Xədicə (rə) də Allahın Quranda bildirdiyi bütün sərhədlərə ən gözəl şəkildə tabe olaraq qürur, təmkin və möhtərəmlik qazanmışdır. Yaşadığı Ərəb cəmiyyətindəki cahiliyyə qadınlarından, danışıqları, hərəkətləri, üzündəki ifadəsi, baxışları ilə ayrılmış, özünün iffətli və təmkinli bir qadın olduğu dərhal aydın olmuşdur. Bu, təbii bir əsilzadəliyi, insani bir heybəti və etibarlı bir şəxsiyyəti də özü ilə gətirmişdir. Allah, möminlərin bu xüsusiyyətləriylə 'tanındıqlarına' bir Quran ayəsində “Əlamətləri isə üzlərində olan səcdə izidir...” (Fəth Surəsi, 29) ifadəsiylə diqqət çəkmişdir.