Xristianlıq (yun. Χριστός — məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteistik dünya dini. Digər adları: məsihçilik, məsihilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (yəhudilik və islamla bərabər) biri, İbrahimi dini kimi də sayılır.

Xristianlar inanırlar ki, Nazaretli olаn İsa "məsh olunmuş ilahi varlıqdır(MƏSİHDİR)", Allahın Kəlamıdır, bəşər olmuş Kəlamdır, Allahdır və bəşəriyyəti xilas edəcək Məsihdir.

Bibliya və İsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir[1]. Avropada, hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.

Xristianlığın üç əsas cərəyanları katoliklik , pravoslavlıq və protestanlıqdır. Demək olar ki, hər xristian məzhəb kilsə formada təşkil olunur. Xristianlıq Üçlü Birlikə, yəni, tək Allahın üç ilahi Şəxsiyyətdə var olmasına inanır.

Xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başladı.
vikipediya