Millimizin oyununu İsveçdən olan hakimlər briqadası idarə edəcək
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da keçiriləcək Belçika - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Oyunun baş hakimi Daniel Stalhammerdir. Ona Peter Martinsson, Yoakim Flink kömək edəcəklər. Dördüncü hakimlik isə Martin Hanssona tapşırılıb. Hakimlər briqadası İsveçdəndir.
Qeyd edək ki, Belçika - Azərbaycan oyunu martın 29-da, Bakı vaxtı ilə saat 23:45-də, Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək.
ANS