Obama ABŞ-ın Liviyada quruda əməliyyatlar aparılmasını planlaşdırmadığını təsdiqləyib.

ABŞ Liviyada quruda əməliyyatlar aparmağı planlaşdırmır , onların silа hlı qüvvələrinin münqaişədəki rolu isə əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bunu ABŞ Prezidenti Barak Obama bəyan edib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" yazır.

"Ali baş komandan kimi hərbçilərimizin itkilərlə dolu yolla göndərilməsindən daha çətin qərar görmürəm. ABŞ dünyanın hansısa hissəsində münaqişə baş verdikdə hər dəfə müdaxilə etməməlidir və etməyəcək... Mən lap əvvəldən silahlı qüvvələrimizin rolunun məhdudlaşdırılacağını vəd etmişəm. Biz Liviyaya quru qüvvələr göndərməyəcəyik, hərbçilərimiz əməliyyatların lap əvvəlindən müttəfiqlərə əməliyyatların keçirilməsi imkanı yaradıblar, lakin indi daha geniş beynəlxalq səylərin vaxtı çatıb", - Obama internet və radio ilə millətə ənənəvi müraciətində bəyan edib.

Liviyada hərbi əməmliyyatalrın lap əvvəlindən ABŞ bəyan etmişdi ki, yerüstü müdaxiləni planlaşdırmır və əməliyyatların təşəbbüskarı deyil, beynəlxalq koalisiyaya isə onun xahişi ilə qoşulur. Amerikalı hərbçilər əməliyyatlara ilkin rəhbərliyi təmin edib, ABŞ HHQ-nin təyyarələri isə bombardmanların ilk günlərində daha çox sayda uçuşlar həyata keçiriblər.

Bununla yanaşı, ABŞ administrasiyası daim komandanlığın təhvil verilməsi və öz təyyarələrinin uçuşlarının sayının azaldılması yollarını axtarıb. Cümə axşamı NATO nümayəndələri bəyan ediblər ki, uzun sürən danışıqlardan sonra ABŞ-dan komandanlığı qəbul etməyə razılıq veriblər. Cümə günü KİV Rusiyanın xüsusi xidmət orqanlarındakı anonim mənbəyə istinadən xəbər verib ki, beynəlxalq koalisiya fəal şəkildə Liviya ərazisində aprelin sonlarında başlaya biləcək yerüstü hərbi əməliyyatların planını hazırlayır.
trend